Alten MMC- Keyfiyyətli və sürətli iş məqsədmizdir

-

ŞİRKƏT HAQQINDA QISA MƏLUMAT

ALTEN MMC 2007-ci ildə Bakı şəhərində təsis edilib. Şirkətin ilkin fəaliyyəti kondisoner və havalandırma sistemlərinin aylıq texniki baxışlarını və servis xidmətlərini təmin etmək olub. 2008 - ci ildə dövlət qeydiyyatından keçərək yerli özəl şirkət kimi fəaliyyətini davam etdirməkdədir. Daha sonra şirkətin fəaliyyətində gedən dəyişikliklər onu Yaponiyanın Mitsubishi Heavy Industries, Ltd-nin (Mitsubishi İri Sənaye Məhsulu LTD) rəsmi satış partnyoruna çevirir. Şirkət Azərbaycana yüksək keyfiyyətli Mitsubishi Heavy Industries,Ltd – məhsullarını idxal etməklə yanaşı onların servis və aylıq baxış xidmətlərni də təşkil edir. Təbii olaraq, ALTEN MMC-nin Qlobal əməkdaşlığı müştəri məmnuniyyətindən yan keçmir.

 

GÖSTƏRDİYİMİZ XİDMƏTLƏR  AYLIQ BAXIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULAN XİDMƏTLƏR

·         Hava filtrinin yoxlanılması və təmizlənməsi.

·         Kompressorun elektrik tələbatının yoxlanması.

·         Hava pərinin mühərrikinin hərkət elementlərinin təmizlənməsi və yağlanması.

·         Hava alan və sovuran hissələrdə təzyiqin ölçülməsi, lazım gələrsə düzəldilməsi.

·         Kondensatorun hərəkət plastilərində toplanış su və hava qalıqlarının təmizlənməsi.

·         Cihazın su azıtma sisteminin və su drenajının yoxlanılması.

·         Hərkət elementlərinin , qaynaq və yiv yerlərinin sazlığına və tamlığına nəzarət, ötürmə sisteminin yoxlanılması.

 

TƏLƏBLİ XİDMƏTLƏR

·         Müştərinin tələbinə uyğun olaraq görülən xidmətlər

·         Montaj, Demontaj

 

 

 

Mütəxəssis rəyi

Təcrübəli mütəxəssislərin rəyləri və iş planları əsasında işin yerinə yetirilməsi

Davamlı texniki xidmət

Avadanlıqların davamlı olaraq texniki baxışı

Çeşidlərimiz

Muasir və keyfiyyətli Avropa və Yapon məhsulları


***